...

Balakən və Saatlı rayonlarında yanğın olub

Hadisə Materials 17 Dekabr 2019 08:39 (UTC +04:00)
Balakən və Saatlı rayonlarında yanğın baş verib
Balakən və Saatlı rayonlarında yanğın olub

Bakı. Trend:

Balakən və Saatlı rayonlarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Balakən rayonunun Xalatala kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və 1 otağına yığılan 1.2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti