Bakı. Samir Əli - Trend:
Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu RPŞ-yə müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.