Bakı. Samir Əli - Trend:
Şirvan şəhərində dəhşətli yol qəzası baş verib.
Trend-in məlumatına görə, Şirvan şəhər sakini Şamilov Qadir Cəfər oğlu idarə etdiyi 90 PT 031 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.
Hadisə nəticəsində 4 nəfər - 3 qadın və sürücü dünyasını dəyişib.