...

Polis itkin düşən şəxsin meyitinin gizlədilməsi ilə bağlı iddialara münasibət bildirib

Hadisə Materials 10 Fevral 2020 20:05 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər Baş Polis İdarəsi televiziya proqramlarının birində itkin düşən şəxsin meyitinin gizlədilməsi ilə bağlı iddialara münasibət bildirib.

İdarənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə Bakı şəhəri Suraxanı rayonunda yol-nəqliyyat hadisəsində ölən Ələmxan Əsədovun bioloji nümunələri Zəkəriyyə Kazımovun övladları və qardaşının bioloji nümunələri ilə müqayisəyə verilib.

Analizlərin nəticəsinə görə, eynilik aşkar edilməyib. Araşdırıma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti