...

Fransanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb

Hadisə Materials 16 Fevral 2020 22:45 (UTC +04:00)

Bakı. Trend:

Fransanın cənubundakı Aveyron bölgəsində kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "France İnfo" radiostansiyası xəbər verib. Hadisə barədə yanğın-xilasetmə xidmətinə və polisə yerli fermerlərdən biri xəbər verib.

Anqulemadan uçan turist təyyarəsi Larzak aerodromunun uçuş-enmə zolağından bir neçə kilometr şimalda qəzaya uğrayıb.

Pilot və üç sərnişin hadisə zamanı yerindəcə həlak olublar. Ölənlərin şəxsiyyətləri hazırda müəyyənləşdirilir.

Prokurorluq qəza ilə əlaqədar istintaqa başlayıb. Hüquq-mühafizə orqanları bölgədə bazar günü müşahidə olunan güclü küləyin əsməsini təyyarənin qəzasına səbəb ola biləcəyini istisna etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti