...

Almaniyada naməlum şəxslər qəlyan salonuna atəş açdılar

Hadisə Materials 23 Fevral 2020 02:00 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Ştutqart şəhərində naməlum şəxslər qəlyan salonuna odlu silahdan atəş açıblar.

Trend-in məlumatına görə, hadisə zamanı binada heç kəs olmayıb. İstintaq davam edir.

Hadisə Hanau şəhərində bir neçə gün bundan öncə baş verən faciə fonunda yerli medianın diqqətini cəlb edib.

Xatırladaq ki, fevralın 19-da Hanauda millətçi ekstremist qəlyan barına silahlı hücum edərək 9 nəfəri öldürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti