...

Cənubi Koreyada kimyəvi zavodda yanğın və partlayış olub

Hadisə Materials 4 Mart 2020 05:36 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreyanın Sosan şəhərindəki kimyəvi zavodda baş verən yanğın və partlayış nəticəsində ən az 26 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, zavod Lotte Chemical şirkətinə məxsusdur.

Yanğın gecə saat 3 (GMT+4) radələrində başlayıb və iki saat sonra 38 yanğınsöndürmə qrupunun vasitəsi ilə söndürülüb.

Hazırda zavod bağlanıb, hadisə yerində müstəntiqlər işləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti