...

Bakıda 16 yaşlı qız dəm qazından öldü

Hadisə Materials 4 Mart 2020 09:17 (UTC +04:00)
Bakıda yeniyetmə qız dəm qazından ölüb.
Bakıda 16 yaşlı qız dəm qazından öldü

Bakı. Samir Əli - Trend:

Bakıda yeniyetmə qız dəm qazından ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Yeniyetmə qızın meyiti hamamda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti