...

Çində 22 nəfər çökmüş mehmanxananın dağıntıları altında qalır

Hadisə Materials 9 Mart 2020 10:02 (UTC +04:00)
Xilas etmə əməliyyatında mindən artıq insan iştirak edir
Çində 22 nəfər çökmüş mehmanxananın dağıntıları altında qalır

Bakı. Trend:

Xilasedicilər martın 7-də axşam saatlarında Çinin Fujian əyalətindəki çökmüş 7 mərtəbəli mehmanxananın dağıntıları altında qalan 22 nəfərin axtarışını davam etdirir.

Trend-in verdiyi xəbərə görə, martın 9-u səhər saatlarındakı məlumata etibarən xilasedicilər tərəfindən binanın dağıntıları altından 49 nəfərin aşkar edilməsi və çıxarılması mümkün olub, onlardan 10-u aldığı xəsarətlərdən dünyasını dəyişib. Rəsmi məlumatlarda dağıntılar altında 71 nəfərin olduğu bildirilir.

Xilasedicilər daha 22 nəfərin axtarışını davam etdirirlər. Onların xilas edilməsi əməliyyatında mindən artıq yanğınsöndürən, polis, hərbi və tibb işçisi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti