Bakı.Trend:
Bakı şəhərinin Suraxanı və Yasamal rayonlarlarında 2 nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.
Əməliyyat başa çatıb.