...

Şirvanda 85 yaşlı qadını maşın vurub öldürdü

Hadisə Materials 17 Mart 2020 09:37 (UTC +04:00)
Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Şirvanda 85 yaşlı qadını maşın vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini Ocaqov Fariz Tarvis oğlu idarə etdiyi 90 VB 270 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1935-ci il təvəllüdlü Vəliyeva Səkinə Səttar qıxını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti