...

Bakıda yanğın: 2 azyaşlı xilas edildi, 5 nəfər təxliyə olundu

Hadisə Materials 17 Mart 2020 11:53 (UTC +04:00)
Bakıda yanğın: 2 azyaşlı xilas edildi, 5 nəfər təxliyə olundu

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 2 azyaşlı xilas edilib, 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti