...

Binə qəsəbəsində 5 evdən oğurluq edənlər saxlanılıb (FOTO)

Hadisə Materials 27 Mart 2020 19:16 (UTC +04:00)
Binə qəsəbəsində 5 evdən oğurluq edənlər saxlanılıb (FOTO)

Bakı. Trend:

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə martın 17-də Binə qəsəbəsində yaşayan Ə.Dünyamalıyevin evinə pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər – Lerik rayon sakini Ceyhun Nəzərov və əvvəllər məhkum olunmuş Masallı rayon Rahib Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb. Onların ətraflarında aparılmış tədbirlərlə hər iki şəxsin daha 4 evdən ümumilikdə 6600 manat pul, 6200 manat dəyərində qızıl-zinət əşyaları, 4 ədəd mobil telefon və sənəd oğurlamaları, bir evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti