...

Bakıda avtomobilin vurduğu piyada öldü

Hadisə Materials 3 Aprel 2020 11:44 (UTC +04:00)
Bakıda avtomobilin vurduğu piyada öldü

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 2-si saat 9 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti