...

Şəmkirdə ağır yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 13 Aprel 2020 22:32 (UTC +04:00)
Şəmkirdə ağır yol qəzası baş verib, ölənlər var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunda “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlunun və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlunun meyitlərini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti