...

Bakıda 31 yaşlı kişi küçədə bıçaqlandı

Hadisə Materials 25 Aprel 2020 09:47 (UTC +04:00)
Bakıda 31 yaşlı kişi küçədə bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakı sakini tanışını bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda baş verib.

Həmin ərazidə yaşayan, 1988-ci il təvəllüdlü Sabir Məmmədov tanışı 1989-cu il təvəllüdlü Elşən İbrahimovla mübahisə edib. Mübahisə davaya çevrilib və S.Məmmədov E.İbrahimovu bıçaqlayıb. Yaralı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti