...

Qazaxıstanla sərhəddə öldürülən azərbaycanlının nəşi ailəsinə təhvil verilib

Hadisə Materials 6 May 2020 11:02 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanla sərhəddə öldürülən azərbaycanlının nəşi ailəsinə təhvil verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 6 may 2020-ci il tarixdə Xəzər dənizinin mərkəzi istiqamə­tində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edil­ib və həmin gün ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti