...

Bakıda ata və oğulun mənzilini qarət edən şəxs yaxalandı

Hadisə Materials 16 May 2020 09:25 (UTC +04:00)
Paytaxtda mənzil qarət edən şəxs yaxalanıb.
Bakıda ata və oğulun mənzilini qarət edən şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

Paytaxtda mənzil qarət edən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini V.Pirizada məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evdən 1700 manat məişət əşyaları, onun oğluna məxsus mənzildən tikinti alətləri elektrik naqilləri və digər məişət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Ağarəsul Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti