...

Bakı sakinindən marixuana götürülüb

Hadisə Materials 16 May 2020 22:51 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyatda Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Dövlətov Pirşağı dəmir yolu stansiyası ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülüb.

Ətrafda aparılmış tədbirlərlə onun Balaxanı qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti