...

Bakıda keçmiş məhkum küçədə avtomobili qarət etdi

Hadisə Materials 1 İyun 2020 11:22 (UTC +04:00)
Bakıda keçmiş məhkum küçədə avtomobili qarət etdi

Bakı. Samir Əli - Trend:

Bakıda avtomobil qarət edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın rayonun Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini Sakit Sadıqova məxsus "Niva" markalı avtomobil küçədə qarət edilib. Naməlum şəxs avtomobildən 600 manatlıq mobil telefonu oğurlayıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğlurluq) və 178-ci(dələduzluq) maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti