...

Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürülüb (YENİLƏNİB-3) (VİDEO)

Hadisə Materials 11 İyun 2020 17:16 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.

X X X

13:45

Abşeron rayonu ərazisində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Trend-in məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə daha 1 helikopter cəlb edilib. Bundan əvvəl isə 2 helikopter yanğın ərazisində işləyirdi. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

X X X

Saat: 11.44

Ceyranbatan su anbarının ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti