...

Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı (FOTO)

Hadisə Materials 24 İyun 2020 09:56 (UTC +04:00)
Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 13 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndinin ərazisindən axan çay kənarındakı kolların arasında C.Dibirovun gizlətdiyi 1 ədəd sintetik torbada 6 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti