...

Gəncədə 4 otaqlı evdə yanğın baş verib

Hadisə Materials 5 İyul 2020 01:30 (UTC +04:00)

Bakı. Trend:

Gəncədə 4 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 139 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində tavan 20 m² sahədə, 2 ədəd məişət avadanlığı və mebel 3 p.m yanıb. Yüksək temperaturdan mətbəxin pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti