...

Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 İyul 2020 23:45 (UTC +04:00)
Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin ərazidə batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

XXX

20:30

Kürün Zərdab rayonundan keçən hissəsində 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti