...

Abşeronda avtomobil yanıb

Hadisə Materials 11 İyul 2020 21:32 (UTC +04:00)
Abşeronda avtomobil yanıb

Bakı. Trend:

Abşeronda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti