...

Cəlilabadda sərxoş halda karantin qaydalarını pozan şəxs həbs edildi

Hadisə Materials 25 İyul 2020 13:49 (UTC +04:00)

Bakı. Trend:

Cəlilabadda sərxoş vəziyyətdə karantin qaydalarını pozan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Cəlilabad sakini Ramiz Məmmədovun şəhər ərazisində müvafiq icazə olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Sərxoş vəziyyətdə olan həmin şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar Cəlilabad rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti