...

Xaçmazda narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı (FOTO)

Hadisə Materials 8 Sentyabr 2020 09:37 (UTC +04:00)
Xaçmazda  narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı (FOTO)

Bakı. Trend:

Xaçmazda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Fedya” ləqəbi ilə tanınan Mürşüdoba kənd sakini Fədai Həsənov şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 510 qram olan narkotik maddə heroin, bir ədəd elektron tərəzi, eləcə də narkotik maddələrin satışından əldə etdiyi 780 manat pul maddi sübut kimi aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Fədai Həsənov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti