...

Bakıda qadını şantaj edən dəstənin işi məhkəməyə göndərildi

Hadisə Materials 16 Sentyabr 2020 12:28 (UTC +04:00)
Bakıda qadını  şantaj edən dəstənin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Bakıda qadını şantaj edərək pul tələb edən şəxslərin barəsindəki cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakinləri Ramil Tofiq oğlu Fətəliyev və Əli Ərəstun oğlu Hacıyev rayon ərazisində gənc qadını şantaj edərək ondan külli miqdarda pul və əmlak tələb ediblər. Adıçəkilən şəxslər qadından külli miqdarda pul alarkən cinayət başında yaxalanıblar.

Ramil Fətəliyev və Əli Hacıyevin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinaqyət işi hakim Zeynal Ağayevin icratına verilib. Məhkəmə prosesinin vaxtı yaxın günlərdə müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti