...

Bakıda kommersiya obyektində yanğın olub

Hadisə Materials 29 Noyabr 2020 17:19 (UTC +04:00)
Bakıda kommersiya obyektində yanğın olub

Bakı. Trend:

Bakıda kommersiya obyektində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti