...

Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)

Hadisə Materials 30 Noyabr 2020 12:41 (UTC +04:00)
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Xaçmazda evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin Quba rayon sakini Orxan Mikayılov olduğu müəyyən edilib.

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq O.Mikayılov qaydaları pozaraq Xaçmaz rayonuna gəlmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və O.Mikayılov təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti