...

Göygöldə karantin qaydalarını pozan 339 nəfər məsuliyyətə cəlb olunub (FOTO/VİDEO)

Hadisə Materials 10 Dekabr 2020 13:50 (UTC +04:00)
Göygöldə karantin qaydalarını pozan 339 nəfər məsuliyyətə cəlb olunub (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Göygöldə karantin rejimini pozan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Göygöl rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Lakin əfsuslar olsun ki, görünən bu tədbirlərə baxmayaraq, xüsusi karantin rejiminin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Polis əməkdaşlarının apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan 10 nəfər vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Ümumilikdə karantin dönəmində 339 nəfər məsuliyyətə cəlb olunub ki, onlardan 1 nəfər inzibati qaydada həbs edilib, 2 nəfər barəsində isə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti