...

Gəncədə birmərtəbəli ev yanıb

Hadisə Materials 29 Dekabr 2020 02:39 (UTC +04:00)
Gəncədə birmərtəbəli ev yanıb

Bakı. Trend:

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti