...

Sabunçuda göldə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 1 Yanvar 2021 13:18 (UTC +04:00)
Sabunçuda göldə batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) göldə batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti