...

Ucarda 2 fərdi evdə yanğın olub

Hadisə Materials 8 Yanvar 2021 23:06 (UTC +04:00)
Ucarda 2 fərdi evdə yanğın olub

Bakı. Trend:

Ucar rayonunda iki fərdi yaşayış evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Eyni zamanda rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti