...

Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO/VİDEO)

Hadisə Materials 14 Yanvar 2021 11:36 (UTC +04:00)
Bakıda gizli kafe aşkarlandı, 17 nəfər saxlanıldı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən "Nataktari" kafesini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib.

Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti