...

İtkin düşən 59 yaşlı qadın axtarılır

Hadisə Materials 11 Fevral 2021 11:33 (UTC +04:00)
İtkin düşən 59 yaşlı qadın axtarılır

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, evdən çıxarkən əynində göy rəngli qış gödəkçəsi, qara şalvar, ayağında çəkələk olub.

Onun əlamətləri belədir: Boyu təxminən 150 sm., ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir.

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti