...

Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

Hadisə Materials 5 Mart 2021 09:28 (UTC +04:00)
Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

Bakı. Samir Əli - Trend:

Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb və geri qayıtmaması barədə məlumat yayılıb.

DİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.

Ailə məsələyə operativ reaksiyaya göstərərək yetkinlik yaşına çatmayan övladlarının tapılmasına görə polis əməkdaşlarına təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti