...

"Muğan Bank"ın filialının binasında yanğın olub

Hadisə Materials 5 Mart 2021 23:45 (UTC +04:00)
"Muğan Bank"ın filialının binasında yanğın olub

Bakı. Trend:

Abşeron rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli şüşə və plastik konstruksiyalardan ibarət tikilinin 1 otağında kondisioner və ofis avadanlıqları yanıb.

Trend-in məlumatına görə, yanğın “Muğan Bank”ın Abşeron rayonunda yerləşən filialının inzibati binasında baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti