Bakı. Samir Əli - Trend:
Bakıda xarici ölkə vətəndaşı qarət olunub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, M.Seyidov küçəsi 43 saylı binanın qarşısında baş verib.
Əfqanıstan vətəndaşı, 1989-cu il təvəllüdlü Cəfəri Reza Cəfər oğlu polisə müraciət edərək bildirib ki, martın 10-da gecə saatlarındfa yaşadığı binanın qarşısında özünə məxsus 99 FF 674 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin şüşəsini sındırmaqla avtomobildən 1500 manat oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.