...

Avtomobilində qumbara gəzdirən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 13 Mart 2021 12:26 (UTC +04:00)
Avtomobilində qumbara gəzdirən şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan qəsəbəsində idarə etdiyi avtomobildə silah-sursat saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Lazımov idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub.

Onun avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə “F1” qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti