...

Sakit okeanda 5.8 bal gücündə zəlzələ olub

Hadisə Materials 31 Mart 2021 04:13 (UTC +04:00)
Sakit okeanda 5.8 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit Okeanda Çilinin Pasxa adasından cənub-şərqdə 5,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, təkanların episentri Pasxa adasındakı yaşayış məntəqəsindən 970 kilometr məsafədə, ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti