...

Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN

Hadisə Materials 15 Aprel 2021 11:27 (UTC +04:00)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN

Bakı. Samir Əli - Trend:

Ötən il martın 14-dən bu günə qədər ölkədə yaşayış yerini icazəsiz tərk edən 2000 nəfərdən artıq aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin şəxslərdən 912 nəfər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanıb. Cinayət işi başlananlardan 142 nəfər bu ilin payına düşüb. Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət profilaktik tədbirləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti