...

Gədəbəydə ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 17 Aprel 2021 17:37 (UTC +04:00)

Bakı. Trend:

Gədəbəy rayonunun Miskinli kəndində ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti