...

Tovuzda birmərtəbəli ev yanıb

Hadisə Materials 20 Aprel 2021 22:51 (UTC +04:00)
Tovuzda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Tovuz rayonunun Dönük Qırıqlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti