...

Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)

Hadisə Materials 22 Aprel 2021 17:09 (UTC +04:00)
Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)

Bakı. Samir Əli - Trend:

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı atmosferə normadan artıq dəm qazı buraxan 31 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Reyd zamanı yol patrul xidməti əməkdaşları tərəfindən qeyd olunan yol hərəkəti iştirakçıları ilə maarifləndirici və profilaktik söhbətlər aparılıb, qayda pozuntularına yol vermiş sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilməklə inzibati məsuliyyətə cəlb ediliblər.

Qeyd edək ki, Zərdab rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Twitter : GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti