...

Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 May 2021 22:09 (UTC +04:00)
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)

Ağcabədi. Trend:

Ağcabədidə avtomobil beton dirəyə çırpılıb, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ2106" markalı, 06 BG 270 dövlət nömrə nişanlı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb.

Avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəzada Hüsülü kənd sakinləri - 2004-cü il təvəllüdlü Baxışov Coşqun Mirdamət oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Orxan Məhəmməd oğlu və 2006-cıil təvəllüdlü Məmmədov Sənan Elbrus oğlu xəsarət alıb.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti