...

İmişli bazarında baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 25 İyun 2021 20:56 (UTC +04:00)
İmişli bazarında baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, İmişli şəhərində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində məhdudlaşdırılaraq saat 20:30-də söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti