...

Bakıda avtomobil aşdı, yolda tıxac var (FOTO)

Hadisə Materials 15 İyul 2021 16:36 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda ağır yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Hava limanı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hazırda Sabunçu yol qovşağından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti