...

Azərbaycanda zəlzələ qeydə alınıb

Hadisə Materials 6 Avqust 2021 07:10 (UTC +04:00)
Azərbaycanda zəlzələ qeydə alınıb

Bakı. Trend:

Tərtər rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar 5 avqust, yerli vaxtla saat 23:26-da Bərdə stansiyasından 24 km şimalda, Tərtər rayonunda qeydə alınıb.

Zəlzələ 3,1 bal gücündə, ocağı isə 26 kilometr dərinlikdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti