...

Tovuzda dağlıq ərazidə yanğın başlayıb

Hadisə Materials 12 Avqust 2021 12:02 (UTC +04:00)
Tovuzda dağlıq ərazidə yanğın başlayıb

Bakı. Elçin Mehdiyev -Trend:

Tovuzda dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 2 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti